Ləzzətinə doyum olmayan Papanası şirniyyatı resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 770
Səs ver:
(səs: 1)
İçi irmik unlu xəmir, kənarları meyvələrlə bəzədilmiş kremlə örtülü unudulmaz bir ləzzət. Papanası tərifini maraq edənlər və sınamaq istəyənlər üçün resepti Qadinla.com təqdim edir.

Tərkibi:
500 q təzə kəsmik və ya Ricotto pendiri
2 yumurta
100 qram üyüdülmüş un
150 q un
2 xörək qaşığı şəkər
½ çay qaşığı qabartma tozu
1 çay qaşığı vanil tozu
Turş krem
Şəkər kirşanı

Hazırlanması:
Bir kasanın içində pendir, şəkər, qabartma tozunu qarışdırın.

Daha sonra bu qarışığın içinə yumurta, vanil, un, üyüdülmüş un əlavə edin və mikserlə qarışdırın.

Yaranan xəmiri soyuducuda 20 dəqiqə gözlədin.

Soyuducudan çıxardığınız xəmirdən parçalar alaraq iri yumrular edin.

Eyni şəkildə, daha sonradan deserti bəzəmək üçün istifadə edəcəyiniz şəkildə kiçik yumrularda edin.

Tavaya yağ qoyun və yağı qızdırın. Hazırladığınız topları yağın içinə atın və hər tərəfləri qızarana qədər bişirin.

Qızaran xəmirləri bir qədər soyuduqdan sonra üzərinə kremi tökün.

İstəyə bağlı olaraq şirininin üzərinə albalı sousu və ya fərqli meyvələrin mürəbbələrini yerləşdirə bilərsiz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 770
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri