Həftələrlə boyadlamayan bahar kurabiyəsi resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 951
Səs ver:
(səs: 2)
Tərkibi:
250 qram marqarin
1 su stəkanı şəkər kirşanı
1 qəhvə fincanı maye yağ
1 ədəd yumurtanın sarısı
1 paket vanil
1 paket qabartma tozu
2 yemək qaşığı kakao
Təxminən 5 su stəkanı qədər un

Üzəri üçün;
Yumurta axı
Küncüt, fındıq

Hazırlanması:
Xəmir materiallarının mütləq otaq temperaturunda olmasına diqqət yetirin. Un, kakao və qabartma tozu başqa digər materialları materialları bir qabın içərisində qarışdırın.

Unu da yavaş-yavaş əlavə edərək yumşaq konsistensiya əldə etdikdən sonra xəmiri üçə bölüb, bir hissəsini kənara ayırın. Qalan iki xəmiri kakao və qabartma tozu ilə qarışdıraraq yoğurun. Kənara ayırdığınız xəmirə isə çobanyastığı şəklini verin.

Kakaolu xəmirdən qoz böyüklüyündə parçalar alıb, əvvəl yumurta ağına sonra küncütə batırıb yağlı kağızlı soba sinisinə düzün.

Üzərinə isə çobanyastığı şəklini verdiyini kökələri yerləşdirin. Orta hissələrinə fındıq qoyaraq əvvəlcədən isidilmiş 180 dərəcə sobada üzəri qızarana qədər 20 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri