Ev şəraitində 5 dəqiqəyə mastika resepti

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 3 809
Səs ver:
(səs: 1)
Qənnadıçılıqda badam unundan və şəkər tozundan mastika (şəkərli xəmir, marçipan) hazırlanır.

Mastikadan tort üçün müxtəliffiqurlar, oyuncaqlar, gül dəstəsi və digər bəzək əşyaları, xüsusilə qida boyaları əlavə edərək hazırlaya bilərsiniz.

Tərkibi:
1,5 stəkan ağardılmış badam unu
1,5 stəkan şəkər kirşanı
2 çay qaşığı badam cövhəri
1 çay qaşığı qida gülabı
1 yumurta ağı və ya 2 xörək qaşığı qarğıdalı siropu

Hazırlanması:
İlk öncə blenderdə badam unu və şəkər kirşanını qarışdırın.

Badam cövhəri və gülabı (gülab yoxdursa 1 çay qaşığı vanil ekstraktı ilə əvəz edə bilərsiniz) əlavə edin və quru qarışıqla qarışdırın.

Yumurta ağını da əlavə edib xəmir olanadək qarışdırın (əgər sulu alınıbsa badam unu və ya şəkər kirşanı əlavə edə bilərsiniz.

Xəmiri streç salafana bükün və soyuducuya yerləşdirin.

Xəmiri soyuducuda 1 ay saxlaya bilərsiniz.

İstifadə etməmişdən 1-2 saat əvvəl soyuducudan çıxarın və otaq temperaturunda gözlədin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 809
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri