Qara gavalılı karamelli sırnik resepti

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 2 395
Səs ver:
(səs: 0)
Tərkibi:
1,3 su stəkanı un
120 qram kərə yağı
2 xörək q. xama
2 xörək q. kakao
2 xörək q. şəkər
1 paket qabartma tozu
400 qram kəsmik
180 qram bişmiş süd
2 xörək q. nişasta
2 yumurta
150 qram qara gavalı

Hazırlanması:
Qara gavalını 15 dəqiqə suda isladın.

Yumşalmış yağı, kakaonu, şəkər və xamanı bir qabda qarışdırın.

Una qabartma tozu və vanel qatın və yağa əlavə edib xəmiryoğurun.

Xəımirin 1/3 hissəsini soyuducuya qoyun.Qalan xəmiri 18-20 sm diametrli yumru formada yanı hündür soba qabına yanlarını da tutumaq şərti ilə yerləşdirin.

İçlik üçün kəsmik, bişmiş süd,nişasta, yumurtanı mikserlə çalın.
Formaya xəmirin üstünə qara gavalıları yığın.Üstünə kremi tökün.

Qalan xəmiri sürtgəcin iri gözündən keçirdib için üstünə səpin.

Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 35 dəqiqə bişirin.

Soyuduqdan sonra üstünü istəyə uyğun olaraq bəzəyə bilərsiniz.

Qara gavalılı karamelli sırnik qonaqlarınızı təəccübləndirəcək şirniyyatlardan biridir.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 395
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri