Almalı, darçınlı və ballı piroq resepti

Müəllif: Onun_Mələyi
Şərhlər: 10
Baxılıb: 3 596
Səs ver:
(səs: 0)
Tərkibi:
1 fincan un
1 ,5 çay qaşığı qabartma tozu
1 çay qaşığı duz
1,5 fincan toz şəkər
2 ədəd yumurta,yaxşı çalınmış
8 yemək qaşığı əridilmiş kərə yağı
2 çay qaşığı vanil1 çay qaşığı darçın
Yarım limonun suyu
3-4 ədəd alma
1 yemək qaşığı bal
Yemək spreyi
Zövqə görə servis üçün krem şanti və ya dondurma

Hazırlanması:
Sobanı 185 dərəcə qızdırın, tavaya yemək spreyi çəkib perqament kağız sərin.

Orta ölçülü bir kasada unu, qabartma tozunu, 1 fincan şəkəri və duzu qarışdırın. Üzərinə yumurtanı yağı və vanili əlavə edib qarışdırdıqdan sonra hazır xəmiri tavaya tökün.

Orta ölçülü kasaya limon suyunu sıxın, almaları soyub tumunu təmizlədikdən sonra kasanın içinə incə-incə dilimləyin. Darçın və şəkər əlavə edin və hər bir dilimin yaxşıca qarışmasına diqqət edin.

Qarışdıqdan sonra dilimləri üst-üstə xəmirin üzərinə düzüb sobaya qoyun. 30-35 dəqiqə bişməyini gözləyin.10 -15 dəqiqə soyuduqdan sonra fırça ilə üstünə bal çəkəbilərsiniz. Arzu olunarsa servis edilən zaman üzərinə krem və ya dondurma əlavə edə bilərsiniz.

Almalı, darçınlı və ballı piroq çox dadlıdır

Nuş olsun!
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri