Ballı iris resepti

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 3 742
Səs ver:
(səs: 0)
Tərkibi:
Şəkər tozu – 300 qram
Bal – 120 qram
Kərə yağı – 120 qram
Yağlı xama, yaxud qaymaq – 250 ml

Hazırlanması:
Balı və şəkər tozunu qarışdırıb zəif odun üzərinə qoyun. Qaynara düşəndən sonra kəhrəba rəngi alanadək,təxminən 7-10 dəqiqə bişirin.

Otaq temperaturunda saxlanılmış kərə yağını hissə-hissə əlavə edin. Xamanı qızdırın, qaynar olanda əlavə edin.Lazım olan qatılığadək bişirin.

Yoxlaya da bilərsiniz; bir damla soyuq səthin üstünə salın, soyumasını gözləyin, sonra isə əlinizlə bərkliyini yoxlayın.

Sininin içinə perqament qoyun. Üzərinə yağ çəkin, sonra isə irisi içinə əlavə edin.Bir qədər soyuyandan sonra kvadrat şəklində bölün, tam soyudun.

Yağla birlikdə, həmçinin 50 qram əridilmiş şokolad da əlavə edə bilərsiniz. O zaman şokoladlı iris alınacaq. Hazır irisləri perqamentdən, yaxud cığaradan kəsdiyiniz kağızlara bükə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 742
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri