Vəzir barmağı şirniyyatı resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 13
Baxılıb: 3 449
Səs ver:
(səs: 0)
Tərkibi:
100 qram otaq temperaturunda kərə yağı
1 ədəd yumurta
Yarım su stəkanı maye yağ
Yarım su stəkanı qatıq
1 paket qabartma tozu
1 paket vanil
2 su stəkanı un

Üzəri üçün;
1 su stəkanı üyüdülmüş irmik

Şərbəti üçün;
2 su stəkanı toz şəkər
2,5 su stəkanı su
1 yemək qaşığı limon suyu

Hazırlanması:
Hazırlamağa əvvəlcə şərbəti başlayın. Şərbəti qoyub qaynadın Sonra limon sıxıb kənara ilıq hala gəlməsi üçün buraxın.

Ardından xəmiri edə bilərsiz. Kərə yağı, duru yağ, yumurta və qatığı bir qaba alaraq yaxşı qarışdırın.

Sonra qalan materialları əlavə edib yoğurun.

Xəmirdən qoz böyüklüyündə parçalar qopararaq barmaq şəkli verin və üyüdülmüş irmiyə bulayaraq boşqaba yerləşdirin.

180 dərəcə sobada 25 dəqiqə qədər bişirdikdən sonra üzərinə şərbəti gəzdirin.

Şərbəti ara ara şirniyyatların üzərində gəzdirərək dinləndikdən dərhal sonra bəzəyərək xidmət edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 3 449
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri