Çox zərif və olduqca ləzzətli keksdir. Əgər çizkeykin dadını bilirsinizsə, bu keks bir qədər onu hatırladır. Onun kimi yumuşaqdır.
KƏSMİKLİ LİMONLU KEKS
Ərzaqlar 250 g kəsmik 115 g kərə yağı, əridib soyudun 5 yumurta, otaq hərarətində bir çimdik vanil tozu 3/4 stəkan əla növ ağ un 1 1/4 stəkan şəkər tozu 1 stəkan qatıq (çox sulu olmasın) 1 limonun qabığı, sürtkəcin iri dişindən keçirilmiş üstü üçün şəkər kirşanı
Qeyd: Diqqət yetirin ki, kəsmiyiniz çox sulu olmasın. Əgər suludursa, onu xəmirə qatmaqdan əvvləl tənzifə qoyub suyunu süzdürün. Kəsmik quru olmalıdır.
1. Sobanı 180Cdək qızdırın.
2. Böyük bir qabda kəsmik ovun. Üstünə soyumuş kərə yağı, yumurta, vanil tozuvə unu əlavə edin. Mikserlə qarışanadək təxminən bir dəqiqə ərzində çalın. Alınan kütlə aşağıdakı şəkildə göründüyü kimi olmalıdır.
3. Ayrı qabda şəkər tozu və qatığı mikserlə qarışanadək çalın. Üstünə rəndələnmiş limon qabığı əlavə edib qaşıqla qarışdırın.
4. Qatıqlı qarışığı kəsmikli qarışığa əlavə edib qaşıqla qarışdırın. Alınan kütlə bir qədər sulu olacaq. Bu normaldır.
5. 21 X 11 santimetr olan keks formasının dibini və kənarlarını azacıq yağlayın. Alınan kütləni yağlanmış formaya tökün. Sobanın orta rəfində 50 dəqiqə ərzində, üstü qızaranadək, bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ keksiniz hazırdır (bu keks çox şişən kekslərdən deyil. Olduqca zərif və yumuşaqdır). Keks öz formasında tamamilə soyuduqdan sonra, onu yavaşca alt-üst çevirin. Sonra servis qabına çevirib üstünə şəkər kirşanı və istəyə görə, rəndələnmiş limon qabığı səpin. Nuş Olsun!