Amaretti peçenyesi resepti

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 2 705
Səs ver:
(səs: 0)
Tərkibi:
2,3 st. badam
0,6 st. şəkər tozu
2 yumurtanın ağı
1/4 ç.q. duz
1/4 ç.q. vanil ekstraktı
0,5 ç.q. badam ekstraktı
15 gilənar

Hazırlanması:

Sobanı 180 dərəcə qızdırın.

2 sinini yağlayıb perqament döşəyin.

15 ədəd badamı ayırın, qalanını şəkər tozunun yarısı ilə kombaynda xırdalayın.

Mikserdə yumurta ağlarını duzla möhkəm çalın, tədricən şəkər tozunun qalanını əlavə edin. Yaxşıca çalandan sonra badamlı qarışığı, vanil və badam ekstraktlarını əlavə edin.

Xəmirdən xırda kündələr tutun. Azca yastılayın, hər birinin ortasına ya gilənar, ya da bütöv badam basın.

25 dəqiqə, qızılı rəng alanadək bişirin.

Bişdikdən sonra 5 dəqiqə formada soyudun, sonra isə qaba düzün.Bu peçenyeni bir neçə gün soyuducuda, bir neçə həftə isə dondurucuda saxlamaq mümkündür. Soyuducuda saxladıqdan sonra süfrəyə verəndə sobada qızdırın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 705
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri