Armud şəkilli poğaça resepti

Müəllif: Love Angel
Şərhlər: 12
Baxılıb: 3 104
Səs ver:
(səs: 2)
Tərkibi:
Xəmiri üçün:

200 qr qatıq,
200 qr duru yağ,
1 çay qaşığı duz,
1 paket qabartma tozu,
un.
Üzəri üçün qaleta unu, 1 yumurta, 2-3 ədəd vermişel çubuğu.

İçi üçün:
Kəsmik(tvoroq) və ya ağ pendir.

Hazırlanması:
Qatıq və duru yağı çırpın. Üzərinə duz və qabartma tozu qatılmış unu əlavə edib ələ yapışmayan bir xəmir yoğurun. Hazırladığınız xəmirdən qoz böyüklükdə alıb yayaraq ortasını açaraq pendir qoyun. Sonra ağzını bükərək əlinizlə armud şəklini verin. Boşqabda çırpdığınız yumurtaya batırıb sonra qaleta ununa bulayın. Yağlanmış və ya yağlı kağız sərilmiş listə düzün. Başına vermişel çubuqlarından batıraraq armuda oxşadırıq. 180 dərəcədə üzəri qızarana qədər bişirin
Qeyd:
Qaleta ununu hazırlamaq üçün bayat əkməkləri qurudub ətçəkən maşında və ya mətbəx robotunda çəkin. Hazır marketlərdə də satılır.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 3 104
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri