Küncütlü çubuq resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 4 048
Səs ver:
(səs: 0)
Tərkibi:
125 qram kərə yağı
Yarım çay stəkanı maye yağ
3 yemək qaşığı su
2 yemək qaşığı sirkə
1 ədəd yumurta
1 şirin qaşığı duz
1 şirin qaşığı şəkər tozu
3 su stəkanı un

Üzərinə sürmək üçün;
1 ədəd yumurta
1 çay qaşığı doşab
4-5 yemək qaşığı qızardılmış küncüt

Hazırlanması:
Undan başqa digər materialları bir qabın içində qarışdırın.

Daha sonra içinə un əlavə edərək yoğurmağa davam edin.

Xəmir qulaq məməsi konsistensiyasına gələnə qədər yoğurduqdan sonra yağlı kağızın üzərindən oxlov köməyi ilə açın.

Açılan xəmiri 3 sm qalınlığında uzun lentlər halında kəsin.

Üstlərinə yumurta, küncüt və doşab sürərək 120 dərəcəlik sobada qızarana qədər bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 048
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri