Ev şəraitində tavada qızardılmış ləzzətli ponçik respeti

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 3 467
Səs ver:
(səs: 0)
Ev şəraitində tavada qızardılmış ponçik hazırlamaqçox asandır.

Tərkibi:
500 qr un(əlavə un apara bilər)
5 qr duz
1ç/q quru maya
60 qr şəkər tozu
0,5 st süd
2xör/qaşığı xama
1 yumurta
30 qr yumşaldılmış kərə yağı.

Hazırlanması:
İlk öncə süddə mayanı həll edin,yumurta əlavə edib qarışdırın. Un,xama,duz və şəkər tozu töküb taxta qaşıqlaqarışdırın. Kərə yağını da əlavə edib yumşaq xəmir olanadək yoğurun. Xəmiri qapağı bağlanan bir qaba qoyun və mayalanması üşün kənara qoyun. 20 dəqiqə fasilə ilə 1 saat ərzində xəmiriyoğurun və yenidən mayalanmağa qoyun. Otaq temperaturunda xəmirin ümumi mayalanma müddəti 2saatdır.

Mayalanmış xəmiri kündələrə bölün və oxlovla yayın kiçik kürəciklər halına gətirib üzərinə yağlanmış salafan sərib 30 dəqiqə saxlayın.Bir qazanın içərisinə bol bitki yağı töküb 175-180 dərəcə qızdırın(yağ yaxşıca qızmalıdır).

Ponçikləri bol yağda ikitərəfli qızardın. Bişən ponçikləri quru salfetkanın üstünə qoyun. Üzərinə şəkər kirşanı səpin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 467
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri