Tərkibi: 4 ədəd yumurta, 2 stəkan şəkər tozu, 1 stəkan bitki yağı, 1 stəkan qatıq, 1 paket qabartma tozu, 1 paket vanil, 2 yemək qaşığı kakao, 2,5 stəkan un.
Sirop: 3 xörək qaşığı şəkər pudrasının üzərinə limon sıxıb qarışdırın .
Hazırlanması: Yumurtanı şəkər tozu ilə çırpın. Bitki yağı və qatığı əlavə edib, bir dəqiqə qarışdırın. Un, 2 yemək qaşığı kakao, vanil və qabartma tozunu əlavə edib, çırpmağa davam edin,hamar kütlə alınanadək çalın.Yağlanmış keks qabına qoyub, 180 dərəcədə bişirin. Keksi 30-35 dəqiqə ərzində, və yaxud ortasına salıb çıxartdığınız kibrit təmiz çıxana qədər bişirin. Çox bişirməyin, yoxsa keks quru alınar. Sobadan çıxardıqdan sonra soyumasını gözləyin. Üzərinə sirop gəzdirin. Daha sonra servis edəcəyiniz qaba yerləşdirin.