Tərkibi: 1 banka qatlaşdırılmış süd 1 iri yumurta 2 çay qaşığı qabartma tozu 3 st və ya 3 st yarım un
Krem üçün: 3 st süd 1,5 st şəkər tozu 1 yumurta 2 x/qaçığı nişasta 2 x/qaşığı un 100 qr kərə yağı Vanel
Hazırlanması: Qatlaşdırılmış südü və yumurtanı qarışdırıb,unu az az əlavə edib, qabartma tozunu da una qatırıq.Xəmiri əvvəlcə qaşıqla qarişdırıq, sonra əlimizlə yoğururuq.Yumşaq ələ yapışmayan xəmir alınır. 8 kündə edirik və yayırıq. Əvvəlcə isinmiş tavada iki üzlü bişiririk. Yuxanın birini üzərini bəzəmək üçün ovuntu ede bilərsiz.
Kremin hazırlanması: Kremə lazım olan kərə yağından başqa bütün ərzaqları qatıb,qarışdırıq top top olmaması üçün. Vam odda əlimizi saxlamadan bişiririk. Tam qatılaşdırmırıq. Kem biraz sıyıq olmalıdır. Hazır olduqdan sonra soyumağa qoyuruq. Soyuduqdan sonra yağı əlavə edirik.Yaxşıca qarışdırıq və yuxaların arasına yayırıq. Üzərini ovuntu vururuq. Bir gün yumşalması üçün gözlədilir. Sonra kəsilir.