İran mətbəxindən - Zülbiyə şirniyyatı resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 4 481
Səs ver:
(səs: 1)
Tərkibi:
2 su stəkanı un
1 su stəkanı süd
1 su stəkanı su
2 yumurta
1 kasa qoz
Yarım su stəkanı nişasta
Yarım su stəkanı zeytun yağı
1 su stəkanı doşab

Hazırlanması:
Dərin bir qabın içərisinə unu alın. Daha sonra ortasını yumru açaraq, süd, su, yumurta, zeytun yağı və nişasta əlavə edərək qulaq məməsi konsistensiyasına gələnə qədər yoğurun.

Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb fitil şəklini verin.

Fitili düyünləyin kənara qoyun.

İran mətbəxindən - Zülbiyə şirniyyatı resepti

Dərin bir qazanının içinə bol yağı qoyun. Hazırlanan xəmirləri qaynar yağın içərisinə atıb qızardın.

Yağını süzdürüb boşqaba alın. Üstünə doşab töküb qoz səpəndən sonra servis edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 481
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri