Qreyfrutlu keks resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 921
Səs ver:
(səs: 0)
Tərkibi:
5 ədəd qreypfrut
1 su stəkanı toz şəkər
3 ədəd yumurta
3 su stəkanı un
1 paket vanil
1 su stəkanı zeytun yağı
1/2 su stəkanı süd
1 paket qabartma tozu
1 şirin qaşığı mandarin qabığı rəndəsi
1 yemək qaşığı əsmər şəkər

Hazırlanması:
Qreypfrutların sularını sıxın və hissəciklərini süzdürün.
Yumurta və şəkəri dərin bir qabın içində çırpın. Üzərinə zeytun yağı, süd, təzə sıxılmış qreypfrut suyunu əlavə edin. Yaxşı qarışdırın. Sonra bütün quru materialları qarışdıraraq qarışığa əlavə edin. Rəndələnmiş qabığı da əlavə edin. Spatula köməyilə un topası qalmayana qədər qarışdırın.

Yağlanmış baton keks qəlibinə tökərək üzərinə nazik dilimlərə bölünmüş qreypfrutu qoyun və əsmər şəkər səpin. Əvvəldən isidilmiş 180 dərəcəlik sobada 25 dəqiqə bişirin. Çıxarıb soyutduqdan sonra nuşcanlıqla yeyə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 921
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri