Gül Şirniyyatı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 14 510
Səs ver:
(səs: 1)

Vəsaitlər:

•100 Qram Marqarin ( Kərəyağı İstifadə edirəm)

•2 Ədəd Yumurta

•Yarım Su Stəkanı Sıvıyağ

•Yarım Su Stəkanı Qatıq

•1 Su Stəkanı Manna yarması

•1 Paket Vanil

•1 Paket Qabartma tozu

•Kifayət Qədər Un

( Xəmirin konsistensiyasını yumşaq tutdurun çünki sonra qaya kimi gül şirinləriniz olur)

Şərbəti :

3,5 su stəkanı şəkər

4 su stəkanı su

Hazırlanması

1.Əvvəlcə şərbəti hazırlayırıq ki biz sobadan gül şirinini çıxarana qədər şərbət soyusun

2.Su və şəkəri bir qazana qoyub qaynadırıq və soyumağa buraxırıq

3.Bütün vəsaitləri dərin bir kabın içinə qoyursunuz və 20 dəqiqə qədər yoğurursunuz.

4.Yoğurduğunuz xəmiri banko üzərinə mərdanə köməyiylə açırsınız və çay stəkanının ağızı ilə parçalar kəsirsiniz

5.Əldə etdiyiniz yumru bezeleri şəkildə ki kimi yarıları üst üstə gələcək şəkildə sıralayırsınız və üstdə qalacaq olan bəzənin iki ucuna fındıq qoyursunuz

6.Fındıq qoyduğunuz bezedən başlayaraq aşağıya doğru yumrulayaraq qucaqlayırsınız

7.Ən son əməliyyat isə yumruladığınız bezələrin tam ortadan kəsirsiniz və kəsdiyiniz tərəfini soba nimçənizə oturdacaq şəkildə sıralayırsınız

8.Əvvəldən isidilmiş 170 dərəcə sobada 20 dəqiqə bişirirsiniz

9.Bişən gül şirinlərini dərhal istiykən üzərinə, soyumuş olan şərbəti tökürsünüz və nuşla yeyirsiniz.


(səs: 1)
Şərhlər: 4
Baxılıb: 14 510
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri