Şokolad yağı resepti

Şərhlər: 9
Baxılıb: 4 035
Səs ver:
(səs: 0)
Şokolad yağı uşaqdan-böyüyə hər kəsin sevimlisidir.

Hazır satılan yağların tərkibində qatqı maddələri olduğundan uşaqların yeməsi məsləhət görülmür.

Sizə ev şəraitində hazırlanan şokolad yağı reseptini təqdim edirik.

Tərkibi:
4 fincan süd
4-5 x.q çəkilmiş araxis, fındıq və ya badam ləpəsi
4 fincan şəkər tozu
4 x.q buğda unu
6 x.q kakao
200 qr kərə yağı
qaşığın ucunda duz

Hazırlanması:
Dərin qabda şəkər tozu, un və kakao qarışdırılır. 
Sonra yavaş-yavaş süd əlavə edilir. Alınan qarışım qazana tökülür vam odda  bişirilir. Daha sonra qalan ərzaqlar qatılır və qatılaşanadək bişirilir. 
Soyuduqdan sonra şüşə qaba yığılır və soyuducuda saxlanılır. Qeyd edək ki, ev şəraitində hazırlanan bu məhsul 10 gün müddətində istifadə edilməlidir.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 4 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri