Çiyələkli magnolia resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 7 899
Səs ver:
(səs: 0)
Tərkibi:
1 su stəkanı toz şəkər
2 xörək qaşığı un
1 paket vanil tozu
8 ədəd kəsikli çiyələk
2 paket yulaflı pecenye
1 fincan miqdarında qarğıdalı nişastası
1 litr qədər süd
200 ml. qaymaq
2 ədəd yumurta sarısı

Hazırlanması:
Yulaf pecenyeləri toz halına gələnə qədər mikserdən keçirin.

Bütün materialları (qaymaq istisna) qazanının içinə qoyaraq bişirin.

Daha sonra soyuması üçün kənara alın. Soyuduqdan sonra içinə qaymağı əlavə edin.

Hamar bir konsistensiya alana qədər çalma prosesinə davam edin.

Toz halında biskvitlərdən iki xörək qaşığı servis edəcəyiniz bakalların aşağı hissəsinə qoyun. Sonra ətrafına hazır kəsikli çiyələkləri yerləşdirin.

Üstünü örtəcək qədər üzərinə hazırladığınız desertdənn bir qaşıq qoyun.

Üzərinə təkrar toz halında biskvitlərdən səpərək bəzəmə prosesinə keçə bilərsiz.

Deserti təxminən 1-2 saat qədər soyuducuda saxladıqdan sonra servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 7 899
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri