Şokoladlı tort resepti

Müəllif: Love Angel
Şərhlər: 4
Baxılıb: 6 350
Səs ver:
(səs: 2)
Asan və ləzzətli tort resepti ilə qarşınızdayıq!

Tərkibi:
Xəmir üçün:

1/2 st. şəkər tozu
200 qr. kərə yağı
1 yumurta
1/4 st. un

İç üçün:
100 qr. şokolad
100 qr. şəkər tozu
vanil
5 ç.q. mürəbbə suyu
2 yumurta
3 ç.q. doğranmış qoz (mütləq deyil)

Hazırlanması:
Xəmir üçün olan ərzaqlardan xəmir yoğrulur. Sonra orta qalınlıqda yayılır və şəkildəki kimi yağlanmış formaya keçirilir. Xəmir qalxmasın deyə çəngəl ilə bir neçə yerdən deşmək lazımdır. 180 dərəcədə 7-8 dəqiqə bişirilir. Xəmirin artıqlarını da yayıb bişiririk, içdə istifadə olunacaq. İçi hazırlayaq. Şokolad və yağ su vannasında əridilir. Əriyəndən sonra xəmir artıqlarını qırıntı edib əlavə edilir (4 yemək qaşıqı qədər ).
Sonda vanil, mürəbbə suyu , yumurtalar və qoz əlavə olunur. Sobada bişirilən xəmirin içinə əlavə olunur və 180 dərəcə sobayda 15-17 dəqiqə bişirilir. İstəyən ( mütləq deyil, amma mən etmişəm) 100 qram şokoladı isidilmiş 100 qram qaymaqda əridib bir az soyuyan turtanın üzərinə əlavə ede bilər. Bu halda 3-4 saat şokoladın donmasını gözləmək lazımdır.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 6 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri