Burma türk paxlavası resepti və hazırlanmasına dair ipucları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 9 158
Səs ver:
(səs: 0)
Tərkibi:
Xəmiri üçün;
2 ədəd yumurta
1 çay stəkanı maye yağ
1 çay stəkanı ilıq süd
1 paket qabartma tozu
1 çay qaşığı duz
1 xörək qaşığı sirkə
2 xörək qaşığı qatıq
Aldığı qədər un

İçi üçün;
Yarım kilo qoz və ya fındıq

Yuxa Açmaq üçün;
Nişasta

Üzəri üçün;
250 qram kərə yağı

Şərbət üçün;

4 su stəkanı şəkər
5 su stəkanı su
Bir az limon

Hazırlanması:
Xəmir materiallarını diqqətlə yoğuraraq yarım saat qədər istirahət etdirin. Daha sonra açacağınız böyüklüyə görə bərabər hissələrə ayırın.

Bir yuxanı incə şəkildə açaraq bol miqdarda qoz qoyun. Sonra yuxanı ortadan ikiyə bölüb oxlova sarınıb oxlovun iki ucundan büzüb oxlovu çıxarıb istədiyiniz ölçüdə kəsib yağlanmış soba xonçasına düzün.

Burma türk paxlavası resepti və hazırlanmasına dair ipucları

Bu prosesi bitənə qədər tətbiq edin. Məcməyi dolanda ərinmiş kərə yağını üzərinə gəzdirərək əvvəldən isidilmiş 180 dərəcə sobaya verin.

Qızaranda hazırladığınız isti şərbəti üzərinə tökə bilərsiz. Bu addımda paxlavanın ilıq olmasına diqqət yetirin

Nuş olsun!

BURMA PAXLAVA ETMƏYİN PÜF NÖQTƏLƏRİ



Xəmiri yoğrularkən unu idarəli bir şəkildə əlavə etməlisiniz. Hamar və ələ yapışmayacaq bir konsistensiya xəmir olmalıdır.

Yetişdirdiyiniz xəmirin üzərinə bir parça ilə örtərək yarım saat qədər istirahət etdirməlisiniz.

Yuxaları açacağınız zəminə nişasta səpin. Bu şəkildə xəmirin zəminə yapışmasını əngəlləyəcək və daha asan açılmasını təmin edəcəksiniz.

Açacağınız yuxanın üzərinə də nişasta vurmalısınız. Bu şəkildə də xəmiriniz oxlova yapışmayacaqdır.

Şirniyyatınızı konrtollu bir şəkildə hazırlamalısınız. Şirinə şərbəti tökərkən onun ilıq şşərbətin isti olması lazımdır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 9 158
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri