Hazırlanması: Biskvit hazırlamaq üçün yumurtaları şəkərlə bir qabda qarışdırın və qaynar su üzərində yerləşdirin. Kütlə 2,5 dəfə artanacan çalın. Çalmaqa davam edərək biraz soyudun, ələnmiş un və xırdalanmış fındıq əlavə edin. Formaya tökün və 160 dər. Isidilniş sobada 20-25 dəq. Bişirin, üstü qızaranacan. Biskviti soyudun və iki hissəyə bölün ki, iki korj alınsın. Karamelli qoz üçün şəkəri əridin və o karamelə çevirənədək bişirin, sonra təmiz fındıq əlavə edin və qarışdırın. Yağlanmış sini üzərinə tökün, 10-15 dəq. sonra qozları iri hissələrə bölün. Krem üçün yumşaq yağı şəkər pudrası ilə çalın, hissə-hissə qoz likörü və ya konyak/brendi əlavə edin və çalın yüngül kütlə alınana kimi. Siniyə gəhvəni tökün və hər korje onun içinə salın. Alt korjun üzərinə krem çəkin və üstünə ikinci korju yerləşdirin və biraz üstünnən basın, soyuducuya 20 dəq. yerləşdirin. Şəkər pudrası gəhvə ilə qarışdırın. Soyudulmuş tort üzərinə aysing tökün, üstünnən karamelli gozları düzün, bir neçə saatlıq saxlayın.