Kəsmikli diyetik piroq resepti

Müəllif: _pandam_
Şərhlər: 7
Baxılıb: 5 724
Səs ver:
(səs: 2)
Tərkibi:
5 paçka %5`li kəsmik (900 q)
1/4 su stəkanı süd
1 portağal
5 xörək qaşığı bal
7 ədəd yumurta

Hazırlanması:
Portağalın qabığını sürtgəcdən keçirin. İki qab götürün və yumurtanın ağını sarısından ayırın. Yumurtanın sarısına bal, kəsmik və portağal qabığını əlavə edib mikserlə çalın. Bunu kənara qoyun və yumurtanın ağını köpənəcən çalın və yumurtanın sarısına qatıb, asta-asta qarışdırın. 26 sm ölçülü dairə formasında soba qabına yağlı kağızı sərin. Və alınmış kütləni ona əlavə edin. Əvvəlcədən 180° qızdırılmış sobada 40-50 dəqiqə bişirin. Soyuduqdan sonra bir neçə saat soyuducuda saxlayıb, servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 724
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri