Ağızda əriyən Vupi pay pirojnası resepti

Müəllif: Diablo
Şərhlər: 9
Baxılıb: 8 427
Səs ver:
(səs: 1)
Vupi pay (whoopie pie)-amerika mətbəxinin məşhur desertidir. İki yumşaq biskvit arasında krem qatlı deserti ad günü süfrələri üçün bişirib uşaqları sevindirə bilərsiniz. Qadınla.Com Amerikanın məşhur desertinin reseptini təqdim edir.

Tərkibi:
Xəmir üçün:
1 ədəd yumurta
80 qr kərə yağı
100 qr şəkər kirşanı
3 xörək qaşığı kakao
100 ml süd
130 qr un
1 çay qaşığı qabartma tozu
1 qr vanil

Krem üçün:
150 ml qaymaq (35 %)
4 xörək qaşığı şəkər kirşanı

Hazırlanması:
Bir qabda kakao, un, qabartma tozu və vanil qarışdırın. Soyuducudan 20 dəqiqə əvvəl çıxardığınız kərə yağını şəkər kirşanıyla qarışdırın. Yumurta və süd əlavə edib yenə qarışdırın. Quru qarışığı (un, kakao, qabartma tozu və vanil) hissə-hissə əlavə edib yaxşıca qarışdırın. Xəmirdən qaşıq köməyi ilə ( və ya konditer torbası) yağlı kağız sərilmiş soba sinisinə kündələr düzün. Bişdikdə yayıldığı üçün çox böyük kündələr qoymayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin. Krem üçün qaymağı şəkər kirşanıyla çırpın. Bişən pirojnanın birini kremləyin və ikinci pirojnayla üstünü örtün. Bu üsulla bütün pirojnaları belə hazırlayın. Zövqə görə pirojnaların üzərinə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 8 427
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri