Tanqo resepti

Müəllif: my_angel
Şərhlər: 2
Baxılıb: 1 991
Səs ver:
(səs: 1)
Tərkibi:
xəmir:
50 q kərə yağı
10 q badam unu
30 q şəkər pudrası (+1 budaq vanil)
0,5 yumurta
2 çimdik iri dəniz duzu
85 q buğda unu
30 q ağ küncüt (öncədən azacıq qovurun)

parmezanlı muss:
80 q sürtgəcdən keçirilmiş parmezan
2 yarpaq jelatin (10 q)
45 ml su
45 q şəkər tozu
3 yumurtanın sarısı
210 q yağlı qaymaq (160 q + 50 q)

moruqlu-istiotlu kompot:

3 yarpaq jelatin (15 q)
0,5 şirin qırmızı istiot (25 q püre)
60 q şəkər tozu
250 q moruq püresi (dənəsiz)
20 q moruqlu balzamik sirkə*

bəzək:
0,5 st. moruq püresi (çərdəksiz)
0,5-1 x.q. şəkər pudrası
5 q jelatin yarpağı
125-200 q moruq

Hazırlanması:
Otaq temperaturunda olan yağı, badam ununu, şəkər pudrasını, vanili, yumurtanı, duzu, unu prosessora (stasionar mikser) qoyun, 1 dəqiqə çalın. Küncüt əlavə edin. Kündə formasına düşəndə hazırdır. Qida plyonkasına bükün, soyuducuda 2 saat saxlayın.

Xəmiri nazik yayın, 20 sm diametrli, 2-3 sm hündürlüklü formaya döşəyin, 30 dəqiqə soyuducuda saxlayın.

Sobanı 170 dərəcə qızdırın, formadakı xəmirin üzərinə yük (perqamentin arasında düyü, yaxud lobya) qoyub təxminən 20 dəqiqə, qızılı rəng alanadək bişirin. Soyudun.

Muss:
Parmezanı sürtgəcdən keçirin. Jelatini soyuq suda 20 dəqiqə saxlayın.
Su və şəkər tozunu tayqulpda qarışdırın, şəkər tozu əriyib qaynara düşənədək bişirin. Yumurta sarılarını çalın və çaldıqca da nazik axınla qaynar şərbəti tökün, kütlə ağappaq olub, həcmi iki dəfə artanadək çalın.

50 ml qaymağı vam odda qızdırın (qaymağın qalanını soyuducuda saxlayın), suyu sıxılmış jelatini əlavə edin, tam əriyənədək qarışdırın, sürtgəcdən keçirilmiş parmezan əlavə edin. Vam odda daim qarışdıraraq pendir tam əriyənədək bişirin. Diqqətli olun, yanmasın.

Qalan 160 ml çox soyuq qaymağı möhkəm çalın. Şərbətlə qarışdırdığınız yumurta sarılarını, pendirli kütləni də əlavə edib qarışdırın. Alınan kremi ayrı formaya yayın (asan çıxsın deyə silikon formadan istifadə edə bilərsiniz, yoxdursa, kənarlarına plyonka çəkin). 2 saat dondurucuda saxlayın (daha uzun müddət də olar).

İstiotlu moruq kompotu:

Jelatini soyuq suda 20 dəqiqə isladın.

İstiotun dənələrini təmizləyin, 1-2 dəqiqə qaynayan suya, sonra çıxarıb soyuq suya salın, qabığını soyub püre düzəldin.

Moruq püresi və şəkər tozunu qarışdırın, ocağın üstünə qoyun, şəkər tozu əriyənədək bişirin, istiot püresi və moruqlu balzamik sirkəni əlavə edin. Soyudun.

Tartı soyuducudan çıxarıb istiotlu moruq kompotunu üzərinə çəkin. Qatılaşanadək soyuducuda saxlıyın.

Bəzək:
Jelatini soyuq suda 15-20 dəqiqə saxlayın.

Moruq püresi və şəkər tozunu şəkər tozu əriyənədək qızdırın, amma qaynamasın. Sıxılmış jelatini əlavə edib tam əriyənədək qarışdırın. Soyudun (soyuducuya qoymayın).

Parmezanlı kremi formadan çıxarın, tartın ortasına qoyun, üzərinə moruqlu jeleni tökün. Moruqla bəzəyin.

* Əgər moruqlu balzamik sirkə yoxdursa, o zaman moruğu əzin, bir gecə soyuducuda saxlayın, sonra ələkdən keçirin, balzamik sirkə ilə qarışdırın. Ya da balzamik və moruq sirkələrini qarışdırın.
Nuş olsun!
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 991
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri