Qozlu tort

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 8 820
Səs ver:
(səs: 0)


 

Tərkibi:
3 su stəkanı un
1 ədəd yumurta
1 ədəd yumurta sarısı
150 qram kərəyağı
1 su stəkanı pudra şəkəri
1 paket vanil
1 tutam duz
Yarım su stəkanı pudra şəkər
1 yemək qaşığı bal
200 ml süd kremi
1 su stəkanı iri qırılmış qoz 
Yarım su stəkanı damla şokolad
Hazırlanması:
Unu dərin bir qabda pudra şəkər, duz və vanil ilə qarışdırın.
Ortasını hovuz şəklində açıb yumşadılmış kərəyağı, yumurta və 1 yumurta sarısını əlavə edib yaxşıca yoğurun.
Ələ yapışmayan bir vəziyyətə gəlincə streçə büküb 1 saat soyuducunda saxlayın.
Yapışmaz səthli tavada pudra şəkəri və balı yaxşıca qarışdırıb, az atəşdə karamelize edin.
Kremi əlavə edib sürətlicə qarışdırıb az atəşdə 3-4 dəqiqə qədər bişirin. 
Ocaqdan götürüb üzərinə iri qırılmış qozu əlavə edib qarışdırın.
Bir kənara alib soyumağa buraxın.
Xəmiri mərdanə köməyiylə tart qəlibi böyüklüyünə görə açıb kənarları yüksək olacaq şəkildə qəlibə yerləşdirin. 
Üzərini yağlı kağız ilə bağlayaraq əvvəldən isidilmiş 160 dərəcə sobada 20-25 dəqiqə bişirin. 
Sobadan çıxarıb yağlı kağızı üzərindən alın qozlu xərci üzərinə tökün.
Damla şokolad səpib təkrar isti sobada 8 dəqiqə bişirin
Sobadan çıxarıb soyuduqdan sonra təqdim edin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 8 820
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri