Abşeron tortu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 13 843
Səs ver:
(səs: 2)

Tərkibi:
3 st. un
4 yumurta
2 st.şəkər tozu
4 xörək qaşığı sirkə
0.5 çay qaşığı soda
4 xörək qaşığı mürəbbənin, yalnız suyu
1 paket vanil

Üstü üçün krem:
Kremşanti
1 st süd
İçi üçün krem:
1 banka qatlaşdırılmış süd
200 qr. kərə yağı

Hazırlanması:
Yumurta və şəkər tozunu ağarana qədər çalırıq.Bir stəkana sirkəni tökürük,üzərinə soda əlavə edirik.Bu zaman sirkə köpüklənəcək.Bu qarışığı,mürəbbə suyunu və vanili yumurtalı qarışığa əlavə edib yenidən çalırıq.Ən sonda unu ələyib qarışdırırıq.Xəmiri 3 hissəyə bölüb,kərə yağı ilə yağladığımız listə 1 hissəni yayırıq.180 dərəcədə üzəri qızarana qədər bişiririk.Təxminən 15 dəqiqə.Digər hissələri də eyni qayda ilə bişirib soyumağa qoyuruq. Bu arada kremimizi hazırlayırıq.Bunun üçün 200 qr. kərə yağı və bir banka qatılaşdırılmış südün 3/4 hissəsini əlavə edib krem halı alana kimi qarışdırırıq.Soyumuş biskvitləri sırayla kremləyirik.Üzərini istədiyimiz kimi bəzəyirik.

 P.S. Reseptdə tortun üzərini bəzəmək üçün krem şanti yazılıb. Lakin biz krem şantini sevmədiyimiz üçün istifadə etmədim. Siz totunuzu zövqünüzə görə bəzəmək üçün istifadə edə bilərsiz.Tortumuz hazırdır. Bir neçə saat otaq hərarətində gözlətdikdən sonra servis edə bilərsiniz.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 13 843
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri