Şokoladlı keks

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 484
Səs ver:
(səs: 5)

 

Keks üçün vəsaitlər:

125 qr kərə yağı
160 qr bitter şokolad
3 yumurta
1 su stəkanı toz şəkər
1 su stəkanı süd
1.5 su stəkanı un
1 yemək qaşığı kakao
1 paket vanil
1 paket qabartma tozu 
Üzəri üçün:
200 qr bitter şokolad
200 ml krem
80 qr parça şokolad
6 ~ 8 çiyələk
Hazırlanması:
Kərə yağı və şokoladı kiçik parçalara bölərək qazançaya əlavə edin və orta atəşdə əriyincəyə qədər gözlədin. Bir qabda yumurtalar və şəkəri mikserlə çırparaq şokolada əlavə edin. Süd, kakao, vanil, un və qabartma tozunu əlavə edib qarışdırın. Qarışığı yağlanmış kiçik keks qəliblərinə paylaştırın və 170 dərəcəyə nizamlanmış sobada kibrit çöpü batırıldığında təmiz çıxana qədər bişirin. Sobadan çıxardıb soyumağa buraxın. Kremi kaynatmadan istilədin və kiçik parçalara bölünmüş şokoladı içinə əlavə edərək əriyincəyə qədər qarışdırın. Keksləri qəliblərindən çıxardıb üzərlərinə şokoladlı kremi gəzdirin. Kənarlarına parça şokoladlar yapışdırın. Çiyələk ilə bəzəyərək xidmət edin.
Şokoladlı keks artıq hazır, Nuş olsun!  :mmmm:


(səs: 5)
Şərhlər: 2
Baxılıb: 4 484
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri