Şokoladlı desert

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 874
Səs ver:
(səs: 4)

Tərkibi:

1 su stəkanı şəkər tozu
3 ədəd yumurta
2 ədəd yumurta sarısı
2/3 su stəkanı kakao
250 qram (1 paket 80 qram) şokolad
2 su stəkanı süd
10 ədəd acı badam
Hazırlanması:
Yarım su stəkanı şəkər tozunu bir tavaya alın və yarım su stəkanı su ilə birlikdə qarışdıraraq, suyunu çəkdirin.
Şəkər tamamilə suyunu çəkib, quru hala gəldiyində yağlı kağız üzərinə boşaldın.
Böyük bir bıçağın arxa tərəfi ilə yayaraq, incə bir təbəqə halına gətirin və soyumağa qoyun.
Yumurta və yumurta sarılarını qalan yarım su stəkanı şəkər tozu və kakao ilə birliklə dərin bir qaba alıb, yaxşıca çırpın.
Şokoladı əridin və biraz soyumağa qoyun. Ərimiş şokoladı yumurtalı qarışığa əlavə edib, qarışdıraraq həll edin.
Südü kiçik bir qabda yüngül istilədin və sonra əlinizlə xırdaladığınız acı badamları yumurtalı qarışığa əlavə edib, qarışdırın.
Baton keks qəlibinin içini yağlı kağızla örtün və bu qarışığı içinə boşaldın. Soba listinin içinə su doldurun və Baton qəlibini bu suyun içinə qoyun.
Əvvəldən isidilmiş 180 dərəcə sobada 40-45 dəqiqə bişirin. Bişmə əsnasında listin içindəki su bitsə, əlavə edin.
Bişdikdən sonra sobadan çıxarın və otaq istiliyində soyudun. Bu şəkildə soyuducuda ən az 12 saat gözlədin.
Daha sonra yağlı kağızın kənarlarından tutub, qəlibdən çıxarın. Servis qabına tərs çevirib, çıxarın.
Soyuyan karameli bıçaqla parçalara ayırıb, desertin üzərini bəzəyin. Dilimləyərək, xidmət edin.
Nuş olsun! nyam


 
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 2 874
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri