• 5 yumurta
• 240 qram qara şokolad
• 1 su stəkanı şəkər
• 200 qram kərəyağı
• 2 yemək qaşığı kakao
• 1 paket qabartma tozu
• 1 su stəkanı un
• 1 çay qaşığı duz
Hazırlanması:
Şokolad və kərəyağını kiçik hissələrə bölək və bir kəsanın içinə qoyaq. Yumurtanın ağlarını və sarılarını ayıraq. Sarılarına şəkər əlavə edib yaxşıca qarışdıraq. Un və kakaonu ələyərək əlavə edək. Əritdiyimiz şokolad və kərəyağını da əlavə edərək mikserlə qarışdırırıq. Yumurta ağlarını bir qabın içərisinə əlavə edək. Duz əlavə edib mikser ilə qatılaşana qədər çalaq. Bu qarışığı şokolada əlavə edərək qaşıqla çırpmadan qarışdıraq. Qarışığımızı keks qabına tökək və 180 dərəcə sobada bişirək. Nuş olsun =)