Ekler projnası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 037
Səs ver:
(səs: 0)
 

Tərkibi

xəmir üçün: 
1 st. su
200 q marqarin 
2 st un
7 yumurta

krem üçün: 
1,5 st. süd
300 q kərə yağı
2 yumurta
3 x.q. un
1,5 st. şəkər tozu
vanil 

Qazana su tökün. Marqarini də əlavə edib ocağın üstə qoyun. Marqarin əriyəndə qarışdıra-qarışdıra un səpin. Dayanmadan qarışdıraraq 5-6 dəqiqə xəmiri bişirin. O qatılaşıb qazanın divarından aralananda qazanı ocaqdan götürün, qarışdıra-qarışdıra soyudun. Sonra yumurtaları bir-bir xəmirin içinə qıraraq yaxşıca qarışdırın. Sinini yağlayın, xəmiri şprislə, yaxıd da qaşıqla xırda yumru kökələr şəklində siniyə düzün. Yaxşıca qızdırılmış sobada 190 dərəcədə 30 dəqiqə bişirin. Diqqət! Bu müddətdə sobanın ağzını qəti surətdə açmayın! Yoxsa eklerlər yapıxacaq. Bişmiş pirojnaları soyudun. 

Krem üçün ayrıca qazanda südü qaynamağa qoyun. Yumurtaları şəkərlə çalın, un və vanil əlavə edin, yaxşıca qarışdırın, azca süd əlavə edib yenə qarışdırın, çalışın, içində lopalar qalmasın. Alınan qarışığı qaynayan südə əlavə edin. Bu zaman südü dayanmadan qarışdırın. Qatılaşana qədər bişirin. Soyuyandan sonra kərə yağı əlavə edib mikserlə çalın. 
Eklerləri kənarlarından deşib (eninə kəsmək də olar) içini kremlə doldurun. Üstünə şəkər tozu səpə, şokoladlı qlazur çəkib qoz və ya araxislə bəzəyə bilərsiniz.
Nuş Olsun!
            
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 037
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri