++++++++++++++++++++Şəkərparə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 397
Səs ver:
(səs: 0)

Tərkibi:

Xəmir üçün:
1 paket marqarin.
1 su stəkanı pudra şəkəri.
4 yemək qaşığı mannı.
2 yemək qaşığı kakos.
2 ədəd yumurta.
4 su stəkanı un.
1 paket qabartma tozu.
1 paket vanel.

Şərbəti üçün:
3 stəkan şəkər, 4 stəkan su,
yarım limonun suyu.

Üzəri üçün:
Təmizlənmiş fındıq dənəsi.


Hazırlanması:

1 paket yumuşaq marqarin və geri qalan ərzağı birlikdə qarışdıraraq yumuşaq xəmir əldə edirik. (unu yavaş yavaş əlavə edin, birdən xəmir bərk olar çarəsiz vəziyyətdə qalmayasınız).
Xəmirdən az az alıb yumurtadan bir az böyük kundə şəkilində yuvarlayırıq. Bir az əlimizlə yastı şəkilə salırıq. Tavaya düzürük və üstünə fındıq ləpəsi batırırıq (paxlavada olduğu kimi).
Əvvəlcədən isidilmiş sobada (dxovkada) bir az qızarana qədər bişiririk. Çox bişməsin ki, quruyar şərbəti özünə çəkməsi heç də asan olmaz.
3 su stəkanı şəkəri və 4 su stəkanı suyu qazanda qaynadırıq. Qaynadıqdan 5 dəqiqə sonra yarım limonun suyunu əlavə edib bir az daha qaynadırıq. Altını söndürüb ilıq olmasınını gözləyirik. Şəkərparələr bişdikdən sonra sobadan çıxarırıq və 3 dəqiqə sonra ilıq şərbəti şəkərparələrin üzərinə gəzdiririk (fikir verin şəkərparələr isti şərbət isə ilıq olmalıdır). Tavanın üzərinə qapaq və ya başqa bir tava çeviririk. Bu şərbəti daha yaxşı çəkməsi üçündür. Yeyəcəyiniz zamana qədər də açmayın.

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri