Üzümlü Fındıqlı Peçenya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 477
Səs ver:
(səs: 1)
VƏSAİTLƏR
250 qr kərəyağı (otaq istiliyində)
1 su stəkanı maye yağ
1,5 su stəkanı pudra şəkəri
1 su stəkanı iri qıyılmış fındıq ya da qoz
1 su stəkanı kişmiş
2 yumurta (birinin sarısı üstünə)
2 paket qabartma tozu
1 paket vanil
5,5 su stəkanı un

HAZIRLANMASI
Kişmişləri yarım saat isti suda gözlədirik. fındığı iricə qırırıq. Yoğurma qabına otaq istiliyindəki kərəyağı, maye yağı, pudra şəkəri, qabartma tozu, vanili və 2 yumurtanı (birinin sarısını üstünə sürmək üçün ayırırıq.) qırırıq. Unu yavaş yavaş əlavə edərək yoğururuq çox yumşaq bir xəmir olacaq. Ən son üzüm və fındığını da qoyub bir az daha yoğururuq. Uzun rulet edib çarpaz kəsirik üzərinə yumurta sarısı sürüb çəngəllə çəkirik. Əvvəldən isidilmiş 170 dərəcə sobada təxminən 40 dəq. bişiririk.

Tərcümə etdi: PRETTY_GİRL


(səs: 1)
Şərhlər: 4
Baxılıb: 5 477
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri