Kremli Peçenya

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 404
Səs ver:
(səs: 0)
VƏSAİTLƏR
100 qram marqarin
1 çay stəkanı maye yağ
1 ədəd yumurta sarısı
1 su stəkanı pudra şəkəri
2 şorba qaşığı çəkilmiş püstə (fındıqda ola bilər)
1 şirin qaşığı qabartma tozu
1 paket vanil
Ala bildiyi qədər un (mən təxminən 3 su stəkanına yaxın istifadə etdim)

Kremi üçün

2 yemək qaşığı süd kremi
2 yemək qaşığı marmelad (mən şaftalı istifadə etdim siz dilədiyinizi istifadə edə bilərsiniz)
1 yemək qaşığı pudra şəkəri

Üzəri üçün
pudra şəkəri

Otaq istiliyində yumşalmış marqarin, pudra şəkəri, yumurta və maye yağ yoğurma qabına alındıqdan sonra yaxşıca çırpılar. Çəkilmiş püstə, vanil, qabartma tozu qarışığa daxil edilərək çırpılmağa davam edilər. Yavaş yavaş unu əlavə edərək yoğurma əməliyyatına davam edilər. Xəmir hazır olduqdan sonra yarım saata qədər soyuducuda qalır. Ardından mərdanə ilə 2 sm qalınlığında açılan xəmirdən su stəkanı ilə kəsilərək dairələr çıxardılar. Çıxardığınız dairələrin yarısının ortası kiçik bir qəlib ilə təkrar kəsilərək alınar. 190 dərəcədə isidilmiş sobada xəmirlər çəhrayılaşana qədər bişirilər.
Krem vəsaitləri bir qabda çırpıcı ilə qarışdırılar. Soyuyan peçenyelərin arasında krem sürtülər. üzərinə pudra şəkəri səpilərək xidmət edilər.

Nuş olsun.

Tərcümə etdi:
PRETTY_GİRL
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 404
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri