Gül Şirniyyatı.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 6 598
Səs ver:
(səs: 2)
Ərzaq:
1 su stəkanı duru yağ.
1 su stəkanı mannı.
yarım su stəkanı qatıq.
1 su stəkanı mannı.
1 yumurta.
yarım paket yumuşaldılmış marqarin.
1 paket qabartma tozu.
1 paket vanel.
1 yemek qaşığı sirkə.
Bir az duz.
Aldığı qədər un.
Üstünə düzmək üçün qoz və ya badam.

Şərbəti:
3 su stəkanı su
2.5 su stəkanı şəkər
yarım limonun suyu

Hazırlanması:
Əvvəlcə şərbəti üçün lazım olan ərzağı qazana töküb qaynadırıq. Xəmiri un, qabartma tozu və vanel xaric qalan ərzağı töküb qarışdırırıq. 
Sonra unu, vaneli, qabartma tozunu da əlavə edib orta yumuşaqlıqda xəmir yoğururuq. Xəmiri 2 yerə bölürük. 
Bir hissəsini oxlovla 3-4 sm qalınlıqda yayırıq.Sonra balaca armudu stəkanla kəsirik. 
Kəsdiyimiz yumrulardan 5 dənəsini üst üstə düzürük. Tam üst üstə degil bir az yan yan düzsək daha yaxşı olar. Sonra aşağı hissədən qatlayırıq.Qatladıqdan sonra ortadan ikiyə bölürük. Gül şəkilli şirniyyat bişməyə hazırdır:) 
Tavaya düzürük və sobada  azca qızarana qədər bişiririk. Sobadan çıxardıqdan sonra üstünə əvvəlcədən hazırladığımız şərbəti tökürük.Əsas fikir vermək lazımdır ki, şərbət soyuq şirniyyat isti və ya şirniyyat isti şərbət soyuq olmalıdır.Hər ikisi soyuq olarsa şirniyyat şərbəti özünə çəkməz və quru qalar.
Şirniyatın şərbəti özünə yaxşı çəkməsi üçün şərbəti tökdükdən sonra üstünə başqa bir tavayla və ya tam örtəcək şəkildə bir qabla örtmək lazımdır.
 
Nuş olsun! :) 
 

 
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 6 598
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri