Köstəbək Tortu.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 241
Səs ver:
(səs: 4)
Tərkibi:
3 yumurta. 
1,5 su bardağı şəkər. 
1 çay bardağı süd. 
1 çay bardağı duru yağ. 
3,5 qəhvə fincanı un.
3 dolu dolu yemək qaşığı kakao. 
Qabartma tozu.
Vanil.
 
Kremi üçün:
2,5 su bardağı süd.
1 yemək qaşığı nişasta.
1 yemək qaşığı un.
1 çay bardağı şəkər. 
Yarım yemək qaşığı marqarin. 
 
Bəzəmək üçün:
1-2 ədəd banan.

Hazırlanması:

Yumurta ve şəkəri 3-4 dəqiqə mikserlə qarışdırırıq Yağ ve südü əlavə edib qarışdırırıq. Digər bütün ərzaqları əlavə edib taxta qaşıqla qarışdırırıq. Marqarinle yağlanan böyük bir soba təpsisinə yayırıq. Əvvəlcədən isidilmiş 160 dərəce sobada 30 dəqiqə qədər bişiririk. Kremi üçün marqarin istisna olmaqla,bütün ərzaqları qarışdıraraq bişiririk. Qaynayınca marqarin əlavə edib bir neçə dəqiqə qaynadıb ocaqdan götürürük. Soyuyan kremə yarım paket krem şanti qatıb mikserle çırpırıq. Keksi su stəkanı ile yuvarlaq kəsirik. Kəstiyimiz dairələrin üstünə incə dilimlənmiş bananlardan qoyuruq(Hər dairəyə 2 dilim banan). Bananların üstünə bir dolu qaşıq krem qoyuruq. Kremin üstünə qalan keks kənarlarını ovub tökürük. Soyuducuda saxlayın və  servis edin.
 
Nuş Olsun:)
(səs: 4)
Şərhlər: 1
Baxılıb: 5 241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri