2 ləziz təam

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 746
Səs ver:
(səs: 5)
Güllaç

Tərkibi:
1,5 litr süd
3 su stəkanı toz şəkər
1 paket güllaç – 10 ədət güllaç yuxası
4 su stəkanı iri döyülmüş qoz
Gül suyu
1 paket vanilin
Bəzək üçün nar dənələri, qoz, badam və s. istifadə edə bilərsiniz
Hazırlanması:
Süd, şəkər və vanilyanı orta boy bir qabda qarışdıraraq, qaynadın. Geniş bir listə bir güllaç yaprağını parlaq qismi üstə düşəcək şəkildə qoyun. Lavaşın üzərinə 1-2 qaşıq südü lavaşın hər yanını islanana qədər gəzdirin, bütün lavaşlar bitənədək eyni işi edin. Sadəcə 5-ci ıslattığınız lavaşın üzərinə bolca döyülmüş qoz ya da fındıq sərpin. Qalan sütü ən üstdəki qatın üzərinə tökün. Güllaçı bir gecə əvvəl hazırlayıb bəzəmədikdən əvvəl soyuducuda gozlədin. Xidmətdən 2-3 saat əvvəl soyuducudan çıxardın və dilimlədikdən sonra bəzəyərək, xidmət edin. İstəyə görə gül suyu da üzərinə əlavə edə bilərsiniz.
Rəvani
Tərkibi:
3 yumurta
1 su stəkanı yoqurt
1 su stəkanı un
1 su stəkanı toz şəkər
1 paket vanilin
1 paket qabartma tozu
1 su stəkanı irmik
1 çay stəkanı əridilmiş yağ
Şərbəti üçün:
3 su stəkanı toz şəkər
3 su stəkanı su
Bir neçə damla limon suyu
Hazırlanması:
Əvvəlcə şərbəti hazırlayıb, bir kənara qoyun. Soyumasını gözləyin. Daha sonra istifadə edəcəyimiz qabı yağlayıb, azacıq una bulayın ki, rəvanimiz bişəndə asan götürülə bilsin. Yumurtaları şəkər ilə çırparaq, şirniyatımızı hazırlamağa başlayaq. Qalan malzəmələri də üzərinə əlavə edib, çırpın. Hazırladığımız qaba töktüyümüz qarışımı əvvəlcədən isitdiyimiz peçdə 170-175ºC’də üzəri qızarana qədər bişirin. Bişən rəvanini peçdən çıxarıb, paxlava şəklində dilimləyin. Və sonra üzərinə soyuq şərbətimizi isti olan rəvanimizin üzərinə tökün. Bir gecə əvvəlcədən etsəniz və soyuducuda saxlasanız daha yaxşı xidmət edə bilərsiniz.
Nuş olsun! :icecream: 




(səs: 5)
Şərhlər: 3
Baxılıb: 4 746
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri