+++++++++++++Kakaolu Şirniyyat

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 220
Səs ver:
(səs: 0)

 

Xəmir vəsaitləri:

1 paket petit beurre biskvit

1 su stəkanı pudra şəkəri

2 yemək qaşığı kakao

150 qram marqarin (otaq istiliyində)

2 ədəd banan (əzilmiş)

Yarım su stəkanı süd


İçi üçün:

1 paket krem şan idi


Üzərinə şokoladlı sous üçün:

1 çay stəkanı su

1 şirin qaşığı nişasta

1,5 şirin qaşığı kakao

1 yemək qaşığı şəkər

1 çay qaşığı kərəyağı


Hazırlanması:

Biskvitləri rondoda un halına gələnə qədər çəkirik. Geniş bir qabda xəmir vəsaitlərinin hamısını qarışdırıb yoğururuq. 15 dəqiqə şkafda gözlədirik Daha yaxşı yumrulaya bilmək üçün. Bu arada. Krem şantini edirik və şokoladlı sousu edirik. Şokoladlı sous üçün olan vəsaitləri kiçik bir qazanda qarışdıraraq bişiririk və soyumağa buraxırıq. Şkafdakı xəmiri çıxarıb qozdan bir az daha böyük parçalar qoparırıq və əlimizdə yumrulayıb içini şəkildəki kimi açırıq İçinə 1 şirin qaşığı krem şanti qoyub bağlayırıq.

Xəmirin hamısını bu şəkildə edirik və hamısının üzərinə soyumuş olan şokoladlı sousdan 1 yemək qaşığı tökürük  Üzərini hindqozuyla bəzəyirik. şkafda 1-2 saat istirahət etdikdən sonra xidmətə hazırdır.

Nuş olsun!


 

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 220
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri