Bananlı Flambe

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 518
Səs ver:
(səs: 5)
Tərkibi:
• 1 çay stəkanı şəkər tozu
• 1 ədəd portağalın sıxılmış suyu (1 çay stəkanı qədər)
• 1 çay qaşığı kərə yağı
• 2-3 ədəd banan (qabıqları soyulub dilimlənmiş)
• ½ çay stəkanı banan likörü (flambe etmək üçün)
• Dondurma və istədiyiniz bəzəmə materialları (karamel və ya şokoladlı sous, toz fıstıq, və s.)

Hazırlanması:
Şəkər dərin və geniş bir tavaya alınır. Şəkər əriyib karamel rəngini alana qədər qarışdırılar. Yaxşıca karamel rəngini alınca portağal ya da limon suyu sonra da kərə yağı əlavə olunub qarışdırılar. Hazırlanan karamel sousa dilimlənmiş bananlar əlavə olunub, tava yellənərək bananla sous yaxşıca qarışdırılır.
Bu mərhələdə likör əlavə olunub flambe (alovlandırma) edilə bilər. Likör yavaşca tavaya əlavə olunur və alovlanınca ocaqdan alınar.
Flambe edilərkən tavada uzaq dayanılması, ətrafda alov ala biləcək əşyaların olmaması lazımdır. Alovlar qısa olacaq.
Karamel olmuş bananlar ılıqlaşınca dondurma və istənilən souslarla birlikdə xidmət edilir.

Nuş olsun!
 nyam
(səs: 5)
Şərhlər: 4
Baxılıb: 3 518
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri