Tərkibi: 125 qr kərəyağı 1 çay stəkanı günəbaxan yağı 2 yumurta 8 yemək qaşığı toz şəkər Kişmiş Qoz içi 1 paket vanil 1 paket qabartma tozu 3.5-4 stəkan un
Hazırlanması: Bir yumurtanın sarısını üzərinə sürmək üçün ayırın. Un xaric digər vəsaitləri dərin bir qabda qarışdırın. Unu yavaş-yavaş əlavə edin. Bir az yumşaq bir xəmir yoğurun. Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb, şəkil verin. Üzərinə ayırdığınız yumurta sarısını sürüb, çəngəllə xəttlər çəkin. Əvvəldən isidilmiş 180 dərəcə sobada bişirin. Nuş olsun!