Yumşalmış kərə yağını yumurta və şəkər tozu ilə çalın.
Söndürülmüş soda, xama əlavə edib yenə çalın.
Unun təqribən yarısını əlavə edin, qarışdırın, xəmiri iki yerə bölün. Bir hissəsinə unun qalanının yarısını, o birinə unun digər yarısı ilə kakao əlavə edin. Bunları ayrılıqda yoğurun. Xəmir çox bərk olmamalı və ələ yapışmamalıdır.
Hər xəmiri 3 bərabər hissəyə bölün.
Hər kündəni yayın. 200 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə bişirin.
Hazır korjların kənarlarını kəsib hamarlayın.
Yağ, qaymaq, şəkər tozu və kakaodan qlazur bişirin.
Xamanı şəkər tozu ilə çalın.
Korjlar və qlazur soyuyandan sonra tortu yığın.
Altdan şokoladlı korjun birini qoyun, üstünə xamalı krem çəkin, üzərinə açıq rəngli korju qoyub krem çəkin və beləliklə bütün korjları növbə ilə üst-üstə düzün
Tortun kənarına xamalı krem, üstünə isə şokoladlı qlazur çəkin.
Yaxşı olar ki, bir gecə saxlayıb kremi hopdurmasını gözləyəsiniz.