Günün Ləzizi: Şokaladlı unsuz keks

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 7 086
Səs ver:
(səs: 8)
Şokoladlı unsuz keks necə edilər ? Şokoladlı unsuz keks vəsaitləri nələrdir ? 
Tərkibi:
200 qr  şokolad
150 qr yağ
150 qr toz şəkər
5 yumurta
100 qr toz badam
Üzəri üçün
80 qr iri rəndələnilmiş
 şokolad
Hazırlanması:
Şokoladlı unsuz keks: Sobanı 180 dərəcəyə nizamlayın. 22 smlik kvadrat keks qəlibini yağlayıb kağız sərin.Şokolad və yağı kiçik parçalara bölüb şüşə kasaya alın və  əridin. Şəkər əlavə edib çırpın və soyumağa buraxın. Yumurtaların ağları ilə sarılarını ayırın. Sarıları tək-tək şokoladlı qarışığa əlavə edərək qarışdırın. Toz badamı əlavə edin. Yumurta ağlarını ayrı bir qabda mikserlə tündləşənə qədər çırpın və qaşıq qaşıq əlavə edərək söndürmədən qarışdırın. Qarışığı qəlibə töküb təxminən 35-40 dəqiqə bişirin. Soyuduqdan sonra üzərinə rəndələnilmiş şokolad səpin və dilimləyərək xidmət edin.
Şokoladlı unsuz keks artıq hazır, nuş olsun.
(səs: 8)
Şərhlər: 5
Baxılıb: 7 086
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri