Çiyələkli və fındıq kremli tort

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 662
Səs ver:
(səs: 4)
Çiyələkli və fındıq kremli tort vəsaitləri
3 qatlı tort döşəməsi
500 ml krem
2 yemək qaşığı şokoladlı fındıq kremi
2 yemək qaşığı pudra şəkər
1 paket vanil
250 qr çiyələk
60 qr çöl mersini
Kənarları və üzəri üçün
200 qr sütlü şokolad
150 qr çiyələk
60 qr çöl mersini
Çiyələkli və fındıq kremli tort hazırlanması
Krem, vanil və pudra şəkəri geniş bir qabda mikserlə tündləşənə qədər çırpın. Fındıq kremi əlavə edib bir-birinə qarışana qədər çırpmağa davam edin. Tort döşəməsinin ilk qatını xidmət qabına alın və üzərinə bir miqdar hazırladığınız kremi sürün. Doğranmış çiyələk və çöl mersini serpiştirin. Digər qatları da eyni şəkildə yerləşdirib tamamlayın. Qalan kremi tortun üzərinə suvayın. Şokoladı benmari üsulu əridin və 1 yemək qaşığı qədər al/götürüb yağlı kağız üzərinə tökün. Qaşığın kürəyi ya da spatula ilə basdıraraq uzadın. Bütün şokolad bitənə qədər əməliyyatı təkrarlayın və donana qədər gözlədin. Şokoladları kağızdan ayırıb tortun kənarlarına yapışdırın. Üzərini meyvələr ilə bəzəyərək xidmət edənə qədər soyuducunda gözlədin
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 5 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri