Çiyələkli jileli tort

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 7 497
Səs ver:
(səs: 4)
Keks üçün
6 yumurta
7 yemək qaşığı un
7 yemək qaşığı toz şəkər
1 çay qaşığı qabartma tozu
Krem üçün
Yarım su stəkanı un
2.5 su stəkanı süd
1 paket vanil
1 yemək qaşığı nişasta
1 yemək qaşığı marqarin
Yarım su stəkanı toz şəkər
1 yemək qaşığı xaşxaş toxumu
Üzəri üçün
500 qr çiyələk
1 su stəkanı su
Yarım su stəkanı toz şəkər
2 yemək qaşığı nişasta
1 paket vanil
Çiyələkləri mətbəx robotundan keçirərək püre halına gətirin. 4 yemək qaşığı qədər ayırıb qalanını sous qazanına alın. Nişastanı su ilə nazildib çiyələyə əlavə edin. Şəkər və vanili də əlavə edib orta atəşdə tündləşənə qədər bişirin. Baton keks qəlibinə kalqa çəkin və sousu doldurun. Buz yerində saxlayın. Keks üçün, yumurta ağı ilə şəkəri yaxşıca çırpın. Yumurta sarılarını tək-tək əlavə edin. Un və qabartma tozunu qarışdırın və qarışığa ələyərək əlavə edin. Xəmiri yağlı  soba nimçəsinə əlavə edin və 185 dərəcə sobada bişirin. Soyumağa buraxın. Krem üçün, yağ xaric digər vəsaitləri qazana alın və orta odda davamlı qarışdıraraq tündləşənə qədər bişirin. Qazın üzərindən götürüb yağı əlavə edin və mətbəx robotunda bir neçə dəqiqə çırpın. Keksi qəlibə uyğun ölçüdə kəsib çiyələkli qatın üzərinə yerləşdirin və ayırdığınız sousun yarısını qaşıqla keksin üzərinə əlavə edin. Kremi üzərinə doldurub qalan sousu əlavə edin və təkrar bir qat keks ilə bağlayın. Bir gecə soyuducunda gözlətdikdən sonra qəlibdən çıxardın və istəyə görə üzərini bəzəyərək süfrəyə verin.
Nuş olsun. :icecream:
/Mənbə: Qadınlar.biz/

(səs: 4)
Şərhlər: 3
Baxılıb: 7 497
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri