Qarışıq giləmeyvəli keks

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 368
Səs ver:
(səs: 1)
Tərkibi:
* 2 stəkan əla növ un
* 2 çay qaşığı qabartma tozu (baking powder). Əgər yoxdursa, 2/3 çay qaşığı soda ilə əvəz edin.
* 1/2 çay qaşığı duz
* 1/2 stəkan otaq hərarətində yumuşaldılmış kərə yağı (ərinmiş yağ deyil)
* 1 stəkan şəkər tozu
* 4 yumurta
* 1 stəkan qatıq (turş olmasın)

Hazırlanması:
1 stəkan qarışıq giləmeyvələr (istədiyiniz giləmeyvədən 3 növ seçin: çiyələk, moruq, böyürtgən və sairə. Çiyələkdən istifadə edəcəksinizsə, onu iri-idi doğrayın. Digər giləmeyvələr bütöv qalsın).
2 xörək qaşığı sürtkəcin iri dişindən keçirilmiş portaqal qabığı (istəyə görə limon qabığıyla da əvəz oluna bilər).
QEYD: Burada qış boyu dükkanlarda buzluqda saxlanan giləmeyvələr satılır (frozen berries). Əgər yaşadığınız yerdə bundan satılırsa, təzə giləmeyvələrin əvəzinə istifadə edə bilərsiniz. Buzluqdan çıxardıb, əritmədən, buzlu-buzlu xəmirə qatın.
1. Sobanı 180C-dək qızdırın.
2. Bir qabda un, qabartma tozu və duzu qarışdırın.
3. Başqa iri bir qabda yağı və şəkəri mikserlə ağaranadək çırpın. Yumurtalarl bir-bir əlavə edərək, çırpın. Sonra qatığı əlavə edib qarışanadək çırpın. Unlu qarışığı bu qarışığa əlavə edib, bütün ərzaqlar qarışanadək çırpın.
4. Giləmeyvə və portaqal qabığını alınan kütləyə əlavə edib, giləmeyvələri əzmədən qaşıqla qarışdırın. 5. 21 X 11 santimetr ölçüləri olan keks formasının (kərpic şəklində olan forma) dibini və kənarlarını azacıq yağlayın.

6. Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta rəfində təxminən 70 dəqiqə ərzində, üstü qızaranadək bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Keks ancaq tamamilə soyuduqdan sonra kəsilməlidir.

Nuş olsun  nyam
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 368
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri