Çiyələkli dondurma

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 190
Səs ver:
(səs: 3)
Qoxusu və ləzzətiylə yayın gəldiyini xatırladan çiyələk, masalarda yerini alır. İsti yay günlərində ləzzətlə yeyəcəyiniz çiyələkli dondurma hazırlamaq istərsiniz?
Tərkibi:
500 gr. çiyələk
1 limonun suyu
Yarım su stəkanı su
Yarım su stəkanı toz şəkər
250 gr. şokolad

Hazırlanışı:
Çiyələkləri yuyub saplarını təmizləyin və mətbəx robotunda çəkərək püre halına gətirin.
Limon suyu, su və şəkəri əlavə edib qarışdırın.
Dondurma qəliblərini isladın və qarışığı içinə dolduraraq qapaqlarını bağlayın.
1 gecə  dondurucuda gözlədin.
Şokoladı benmari üsulu əridin.
Dondurmaları qəliblərindən çıxardaraq şokolada bulayın və gözlətmədən təqdim edin.

Nuş olsun!


/Mənbə:Qadınlar.biz/
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 5 190
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri