Zeytunlu qozlu qurabiyələr

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 151
Səs ver:
(səs: 2)

Bu duzlu qurabiyələri son vaxtlar tez-tez bişirirəm. Düzü, hər bişirdiyimdə o qədər yeyirəm ki, sonra özümü danlayıram ki, niyə yemək görəndə özümü saxlaya bilmirəm:) Neyləyim, qurabiyələrin günahıdır. Çox ləzzətlidirlər. Qurabiyələrin tərkibindəki qoz və zeytun onlara xüsusi dad qatır. Görünüşü isə - iştahaçıcı. Buyurun, hamı mətbəxə!

Zeytunlu Qozlu Qurabiyələr
Fatoş Yağcının ”Çaya Davet” kitabıbdan adaptə edilmişdir

Təxminən 45 ədəd qurabiyə üçün


Xəmir üçün:
3 stəkan yarım un + bir az əlavə (lazım olsa)
Bir çimdik duz
2 çay qaşığı yarım qabartma tozu
1 stəkan duru yağ (tünd iyi olmayan hər hansı bir yağ - zeytun və ya qarğıdalı ola bilər)
125 qram kərə yağı - otaq hərarətində yumuşalmış
2 xörək qaşığı alma və yaxud üzüm sirkəsi
1 stəkan qatıq
1 stəkan xırda doğranmış (amma çox xırda deyil)qoz ləpəsi (şəkildəki kimi)
1 stəkan dənəsi çıxardılmış və halqavari doğranmış qara zeytun


Üstü üçün:
1 ədəd yumurtanın sarısı


Harızlanması:

Sobanı 190Cdək qızdırın. İri listin dibini azacıq yağlayın.

Orta ölçülü qabda un, duz və qabartma tozunu qarışdırın.

 

İri qabda yağları, sirkə və qatığı qarışdırın. Qoz və zeytunu əlavə edib, yenidən qarışdırın.
Unlu qarışığı da buraya əlavə edib, xəmir yoğurun. Xəmir ələ yapışırsa, bir az da un əlavə edib yoğurun. Alınan xəmir çox bərk olmamalı və ələ yapışmamalıdır.

 Xəmirdən qozdan bir qədər iri parçalar ayırıb, kündələyin.

 

Topları listə düzün. Üstlərinə yumurta sarısı çəkin. Sobada qızaranadək, təxminən 40 dəqiqə bişirin. Süfrəyə verməzdən əvvəl soyudun.

/Mənbə: Fəridənin yemək kitabı/

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri