Yoğurmadan çörək - Ağ və ya tam buğda unundan

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 5 130
Səs ver:
(səs: 0)

 Ağ çörək - süfrəyə hazır!

İki il əvvəl anam Bakıdan bura gələndə istədim ki, yeni çörək bişirmək bacarığımı fəxrlə nümayiş etdirim. Çətin üsulla nəsə edəcəyimi gözlərkən tezliklə anama aydın oldu ki, bu çörəyi hazırlamaq üçün xüsusi bir bacarıq tələb olunmur. Mən bir neçə ərzaqı bir-birinə qatıb, yoğurmadan yalnız qaşıqla qarışdırdım. Hazır xəmirin bir qədər şişib qalxmasını gözlədikdən sonra qazana yerləşdirib sobaya qoydum. Lakin sobadan çıxaranda anam təəccübləndi -sadə qızılı rəngdə kömbə onun təsdiq etdiyi kimi istənilən çörək satılan mağazada yaxşı satılardı. "Elə bil babanın çörək zavodunda bişirilən çörək kimidir!”- sevinərək ucadan dedi. Bunu eşitmək mənim üçün çox xoş oldu.

Çörəkçiliyi sevən və böyük biznes qurmaq fikrində olan ana babam Nəcəf kişi ötən əsrin 40-cı illərində Balakən rayonunda çörəkçilik işinə başlamışdı. Onun qurduğu çörək zavodunda bişirilən çörəklər uzun illər bütün rayonu çörəklə təmin etmişdi. Çox təəssüf ki,babamın ölümündən sonra məşhur zavod çox davam gətirə bilməmişdi. Babamın ölümündən bir il sonra mən dünyaya gəldim. Son vaxtlar anamdan babamın zavodunda bişirilən çörək növləri haqda maraqlanırdım. Oradan hər hansı bir reseptin qalıb-qalmadığını bilmək istəyirdim. Əfsuslar olsun ki, resept tamamilə itmişdi, heç kimdə yox idi.

Beləliklə, gözlənilmədən Kaliforniyada bişirdiyim bu çörək bir bağlılıq yaratdı. Anam dedi ki, daha heç bir axtarışa ehtiyac yoxdur, bu elə həmin reseptdir. Xəyalımda hündür, şux, xarizmatik, yaşlı bir adamın heç vaxt üzünü görmədiyi, lakin çörəkçiliyə olan bağlılığını onunla bölüşən və eyni formada, eyni şəkildə çörək hazırlayan nəvəsinə görə iftixar hissiylə gülümsədiyini görürdüm. Xəyal dünyamda mən də ona gülümsədim. Yaxşı. Sizi uzaq və dəlisov xəyal dünyama aparmağımı burada yekunlaşdırıb sizə bu bişirdiyim çörək haqda danışım.

Bu çörək harı ağ, yarı tam buğda unundan hazırlanıb.

Bu sizinhazırlaya biləcəyiniz ən asan çörək reseptidir. O qədər çox bəyənəcəksiz ki, heç mağazadan çörək almağı düşünməyəcəksiz. Təkcə asan hazırlana bildiyinə görə deyil, ən əsası təzə və ev şəraitində hazırlandığına görə sevəcəksiniz.

Çörəyi hazırlamaq üçün -un, duz, xəmir mayası və su lazımdır. Ağ çörəyin hazırlanması üçün ağ undan, tam buğda unu çörəyi üçün isə tam buğda unundan istifadə etmək lazımdır.


 

Bu isə 100% tam buğda unundan hazırlanmış ev çörəyidir. Həm faydalı, ləm ləziz.

Çörəyin xəmiri əllə deyil, qaşıqla qarışdırılır. Aşağıdakı fotoşəkillərdən hər şey aydın olacaq.


 

Əvvəcə un duz iri qabda qarışdırılır.
Sonra buraya suda islanmış maya əlavə edilir.
Kütlə taxta qaşıqla qarışdırılır.
Alınan qarışıq bir qədər yapışqan olacaq - bu belə də olmalıdır.
Xəmiri kündələyəcəyiniz yerə un səpin.
Qabarmış xəmiri buraya endərin.
Xəmiri kitab kimi ikiyə qatlayın. Bunu təkrar edin. İstiqamətin fərqi yoxdur.
Sonra isə xəmiri ya tikişi aşağıda, ya da tikişi kənarda dincəlməyə qoyun - tikişin istiqamətinin fərqi yoxdur.
İri ləyənimizi xəmirin üstünə örtürük və xəmiri 30 dəqiqə ərzində yenidən qabarmaya qoyuruq. Bu vaxt ərzində isə istinmiş fırına qapaqlı qazanı yerləşdiririk ki, qazan orada 30 dəqiqə qızsın.
30 dəqiqə keçdi - çörəyi bişirmək olar!
Qaynar qazana (diqqətli olun, yanmayın!) xəmiri endərin.
Xəmir yuxarıdan belə görsənəcək.
Çörəyiniz hazırdır!
Çörəyi qazandan soyutma tellərinin üstünə endərin ki, çörək tamamən soyusun. Çörəyi isti ikən doğramayın, yoxsa xəmir kimi olar!
Üstündəki çatlar çörəyə xüsusi yaraşıq verir.
Bu isə ağ undan hazırlanan çörəyin qabarmış xəmiridir.
Ağ çörəyin xəmiri bişirilməyə hazırdır.
Yuxarıdan görüntü.
Orijinal resept New York Times səhifələrində çap edilmişdir.
1 xörək qaşığı duz
1/4 fincan kətan toxumu unu (vacib deyil- bunun yerinə tam buğda unundan istifadə etmək olar)
2 çay qaşığı quru maya (rusca сухие дрожжи)
3+1/2 fincan ilıq su

 

 


 Xəmirin üstünü örtüb kənara 1 saat yarım müddətində gəlməyə qoyuruq.


 Qabaran xəmir həcmində 2-3 dəfə artmalıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ağ çörək hazırdır!


Yoğurmadan Tam Buğda Unu Çörəyi

Bu cörəyi hazırlamaq üçün eyni zamanda yarı ağ, yarı tam buğda unundan da istifadə edə bilərsiniz. Hətta çovdar unudan da bir az əlavə etmək olar. Aşağıdakı reseptdə mən çörəyin faydasını artırmaq üçün xəmirinə tam buğda unundan başqa bir az kətan toxumu unu da əlavə edirəm. Amma bu zəruri deyil.


Ərzaqlar:

5+3/4 fincan tam buğda unu (bir fincan 150 qram un tutur)

Həmçinin lazımdır:

1 böyük emallı və ya emalsız çuqun qazan, mütləq qapaqlı.


Hazırlanma Qaydası:

Xəmirin hazırlanması: Böyük qaba tam buğda unu, duz və istifadə olunacaqsa kətan toxumu unu tökülür. Quru maya iləq suda 5 dəqiqə isladılır, yaxud köpüklənənədək saxlanılır. Sonra unun üzərinə əlavə olunur. Xəmir içindəki ərzaqlar tam qarışanadək taxta qaşııqla qarışdırılır. Hazır xəmir yapışqan olmalıdır. Əgər həddən artıq yapışqan olarsa un əlavə olunmalıdır. Unu çox qatmaq olmaz. Xəmir hazır olandan sonra qabın üzəri salafanla yaxud məcməyi ilə örtülməlidir. 1 saat yarım xəmir qabarana və üzərində qabarcıqlar əmələ gələnədək saxlanmalıdır.

Xəmirin kündələnməsi: Xəmir kündələnəcək yerə un səpilir (tam buğda unu, ağ un, ya da qarğıdalı unu ola bilər), Əl yaxud taxta qaşıqla götürülüb xəmir kündələnəcək yerə qoyulur. Xəmir kitab kimi 2 dəfə qatlanır - istiqamətin fərqi yoxdur.  Bükülü hissə xəmirin altına və ya kənarında olmaq şərtilə xəmirin üzəri təmiz iri ləyənlə örtülür. Yarım saat ərzində xəmir qabaranadək gözlənilir.

Qazanın hazırlanması: Bu vaxt, yəni xəmir özünə gələnəcən, emallı və ya emalsız çuğun qazan qapağı örtülü şəkildə 240C (470F) dərəcədə qızdırılmış sobaya qoyulur və yarım saat qızdırılır.

Çörəyin bişirilməsi: Xəmir bişirilməyə hazır olanda qazan sobadan ehmalca çıxarılır və xəmir qazanın içinə endərilir. Sonra qazanın qapağı örtülüb sobaya qoyulur. Qapaq açılmadan yarım saat bişirilir. Yarım saat sonra qapaq götürülür və daha 10 dəqiqə yaxud çörəyin üzəri qızılı rəng alanadək bişirilir. Bişmiş çörək qazandan çıxarılır və soyutma telinin üstünə endərilir. Kəsməzdən öncə çörək tam soyumalıdır - əks halda içi xəmir kimi yapışqan olacaq.


Yoğurmadan Ağ Çörək

Ağ çörək hazırlamaq üçün tam buğda unu əvəzinə 6 fincan ağ undan yuxarıdakı qayda ilə istifadə edə bilərsiz.

 

/Mənbə: Fəridənin yemək kitabı/
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri