Qəhvə kremli şokoladlı peçenye

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 256
Səs ver:
(səs: 1)
Vəsaitlər
60 qr kərəyağı 1 çay qaşığı toz qəhvə
1 yarım yemək qaşığı pudra şəkəri
2/3 su stəkanı (100 qr) un
60 qr əridilmiş  şokolad
Qəhvə kremi
5/4 su stəkanı pudra şəkəri
2 çay qaşığı maye yağ
1/4 çay qaşığı toz qəhvə
1 yemək qaşığı süd
Hazırlanması
Sobanı əvvəlcədən istilədin. Kərəyağını, qəhvəni və şəkəri axıcı bir hala gələnə qədər bir qabın içində mikserlə çırpın. Unu da ələyərək əlavə edin və bərk bir xəmir halına gətirdikdən sonra üzərini bağlayıb 30 dəqiqə soyuducunda gözlədin. Xəmiri, aralarına yağlı kağız qoyaraq ovxoyla 3 mm qalınlığında açın. Xəmirdən bir qəlib köməyi ilə 3,5 sm lik yumrular çıxarın və önce­den yağladığınız soba nimçəsinə yerləşdirin. Orta istilikdəki sobada təxminən 8 dəqiqə və ya rəngləri dəyişənə qədər bişirin. Peçenyeləri sobadan çıxarmadan əvvəl 5 dəqiqə daha nimçələrində gözlədin. Peçenyeləri qəhvə kreminə batı­rın və qatılaşana qədər gözləyin. Daha sonra  şokoladla üzərini bəzəyin.

Qəhvə kremi: Pudra şəkərini ələyərək bir kasaya alın,qəhvəni, yağı və kifayət qədər südü əlavə edib qarışdırın.

/Mənbə:Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 256
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri