Aska tortu

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 5 384
Səs ver:
(səs: 1)
Tərkibi:
2,5 su stəkanı un
5 xörək qaşığı qarğıdalı nişastası
4 çay qaşığı qabartma tozu
1/2 çay qaşığı duz
4 dənə yumurtanın ağı
1,5 su stəkanı şəkər
Yarım su stəkanı marqarin və ya kərə yağı
1 su stəkanı süd
1 çay qaşığı vanil
1 çay qaşığı badam aroması (əgər varsa)

Kremi üçün:
1 litr soyuq qaymaq
1 su stəkanı şəkər
2 çay qaşığı vanil

Üstü üçün:
Bir kiçik paket çiyələkli və vişnəli jele
Bir qutu çiyələk

Hazırlanması:
Soba 175 dərəcəyə qurulur və keks qəlibi yağlanır. İlk dörd vəsaiti iki dəfə ələkdən keçirib gözlədirik. Ayrı bir qabda, yumurtanın ağını və yarım su stəkanı şəkəri köpürənə qədər elektrikli mikserlə çırpırıq. Yenə başqa bir qabda yağı və qalan bir su stəkanı şəkəri çırpırıq və südü əlavə edib yaxşıca krem halına gətiririk. Bu qarışığın içinə un qarışığını qatırıq və qaşıqla ilə çox çırpmadan qarışdırırıq. Son olaraq yumurta ağından hazırladığımız kremi əlavə edirik və yağlı keks qəlibinə köçürürük. Təxminən 30-40 dəqiqə bişiririk. Üzərini bəzəmədən əvvəl tamamilə soyuduruq.
Kremini hazırlamaq üçün vəsaitləri elektrikli mikserlə qatılaşana qədər çırpırıq. Bəzəmək üçün hazırladığımız kremi tortun üzərinə yuvarlanan və tort bəzəmə balonu ilə kənarlarını çeviririk. Tart jele hazırlayıb çiyələkləri birlikdə tortun ortasına səririk. Tortu dilimləmədən əvvəl ən azı iki saat şkafda dgözlədirik və yanında təzə çiyələk dilimləri ilə xidmət edirik.

Nuş olsun! nyam

/Mənbə: Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 384
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri